Modern.az

Arif Hacılı məhbusların buraxılması üçün prezidentə müraciət etdi

Arif Hacılı məhbusların buraxılması üçün prezidentə müraciət etdi

Təhsil

17 May 2012, 17:15

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri, hazırda həbsdə olan Arif Hacılı 2 aprel məhbuslarının azadlığa buraxılması üçün prezident İlham Əliyevə müraciət edib. Modern.az mətni olduğu kimi təqdim edir:

““Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsini, bu populyar yarışmanın ölkəmizdə keçirilməsini dövlətimiz və millətimiz üçün mühüm hadisə hesab edirəm. Məncə, biz bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etməyə borcluyuq. Bu fürsətin necə əldən verildiyini həbsxana divarları arxasından kədərlə izləyirəm. Təsadüfi deyil ki, yalnız ermənilərlə məhdudlaşmayan bədnam qonşularımız “Eurovision” yarışması ərəfəsində öz çirkin niyyətlərini həyata keçirmək üçün daha intensiv və daha aqressiv fəaliyyətə keçiblər. Təbriz konsulluğumuz qarşısındakı aksiyalar, MDB-nin Moskva sammiti bizi qarşıda gözləyə biləcək təhlükələrin anonsudur. İndi, bəlkə də məhz bu günlərdə, cəmiyyətin vətəndaş sülhünə, qarşılıqlı anlaşmaya ehtiyacı başqa dövrlərdə olduğundan daha çoxdur.

 Belə həssas məqamda ölkəmizin beynəlxalq nüfuzuna zərbə vuran məsələlər arasında bizim də adımızın hallanması, bütün həyatını Azərbaycanın müstəqil, demokratik, güclü dövlət kimi Dünya Birliyində layiqli yer tutması uğrunda mübarizəyə həsr etmiş adam kimi məni çox narahat edir. Məlumdur ki, 2011-ci il 12 mart və 2 aprel dinc mitinqlərinin əsas təşkilatçısı mən olmuşam. Bu hərəkətlər cinayət hesab olunursa, buna görə digər şəxslərin cəzalandırılması daha böyük ədalətsizlikdir.

 Odur ki, milli mənafelərimiz naminə mən istisna olmaqla, 2 aprel məhbuslarının eyni zamanda yerli və beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması üçün addımlar atmağınızı Sizdən xahiş edirəm”

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır