Modern.az

Azərbaycan polisinə zibil atmaq, güllə atmağa bərabərdir - Deputat polisə hücumları PİSLƏDİ

Azərbaycan polisinə zibil atmaq, güllə atmağa bərabərdir - Deputat polisə hücumları PİSLƏDİ

8 İyun 2020, 19:41

"Bu sürünün qarşısında durmalıyıq. Bunlar vətəndaş deyillər, Vətəni qarışdırmaq istəyən yaramazlardır".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa sərtləşdirilmiş karantin rejimi günündə paytaxtın Yasamal rayonunda vətəndaşların polisə zibil atmasına və bu hadisəni sosial şəbəkələrdə dəstəkləyənlərə münasibət bildirərkən deyib.

 

"Bəli, karantin dövrü müharibə dövrüdür. Onun sərt qaydalarına tabe olmaq lazımdır. Belə bir dövrdə öz vəzifə borcunu yerinə yetirən Azərbaycan polisinə zibil atmaq, güllə atmağa bərabərdir. Bu sadəcə əxlaqsızlıq və şərəfsizlik deyil, məqsədyönlü təxribatdır. Polis də bu Vətənin övladıdır, sən evində istirahət edəndə 3 aydır küçələrdə təhlükə ilə üz-üzə qalıb vətəndaşları qorumağa çalışır. Xeyli sayda polis və ailəsi koronavirusdan əziyyət çəkir. Mədəni şəkildə hər kəs polisə iradını bildirə bilər, qanuna uyğun şəkildə şikayət edə bilər, sosial şəbəkədə məhz bu hadisəyə görə polisə qarşı total hücum edən yaramazları ən sərt şəkildə cəzalandırmaq lazımdır", - deyə Fazil Mustafa bildirib.

 

T.İSMAYIL

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?