Modern.az

Daxili İşlər Nazirliyi: “Ruhi xəstələrə şəxsiyyət vəsiqəsi verilmir”

Daxili İşlər Nazirliyi: “Ruhi xəstələrə şəxsiyyət vəsiqəsi verilmir”

17 May 2012, 18:38

Daxili İşlər Nazirliyi Maştağada yerləşən Ruhi-Əsəb Xəstəxanasında müalicə alan sənədsiz xəstələrlə bağlı yaranan məsələyə aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az-a açıqlamasında bildirib ki, Maştağa Ruhi-Əsəb Xəstəxanası Respublika əhəmiyyətili qapalı tipli müəssisə olduğu üçün oradakı xəstələrə şəxsiyyət vəsiqəsinin verilməsi qanunvericiliyin müvafiq tələbinə əsasən yolverilməzdir. DİN rəsmisinin sözlərinə görə, həmin xəstələr müalicələrini yalnız başa vurduqdan sonra şəxsiyyətlərini təsdiq edən sənəd ala bilərlər:

“Maştağada yerləşən Ruhi-Əsəb Xəstəxanası qapalı tipli tibb müəssisəsi olduğu üçün orada müalicə alan xəstələrə qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq şəxsiyyət vəsiqəsi verilə bilməz. Qapalı müəssisə elədir ki, bura ölkənin müxtəlif bölgələrindən olan vətəndaşlar gəlirlər. Müalicələrini baş vuraraq aiddiyyatı üzrə polis orqanına müraciət etdikdən sonra onlara şəxsiyyət vəsiqəsi verilə bilər"

O.Mansurzadə qeyd edib ki, ruhi xəstələrə şəxsiyyət vəsiqəsinin verilməməsi onların əqli cəhətdən ciddi problemlərə malik olmasından irəli gəlir. “Həmin xəstəxanada müalicə alanlar əsasən anlaqsız vəziyyətdə olanlardır. O insanlarda ciddi problemlər var. Onlar uzunmüddətli müalicə kursu keçirlər. Bu baxımdan belə müəssisələrdə müalicə alan insanlara mövcud təlimatla uyğun olaraq şəxsiyyət vəsiqəsi birmənalı şəkildə verilə bilməz”-deyə DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Maştağada yerləşən 1 saylı Ruhi-Əsəb Xəstəxanasında 250-dən çox xəstənin şəxsiyyət vəsiqəsi yoxdur. 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir