Modern.az

Milli Məclis çoxdan gözlənilən qanun layihəsini müzakirəyə çıxaracaq

Milli Məclis çoxdan gözlənilən qanun layihəsini müzakirəyə çıxaracaq

9 İyun 2020, 12:20

“İşğal olunmuş ərazilər haqqında” qanun layihəsi hazırlanır.

 

Bu barədə Modern.az-a Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev məlumat verib. Deputat bildirib ki, hazırda qanun layihəsi üzərində iş gedir:

 

“Bu çox önəmli qanun layihəsidir. Bildiyiniz kimi, Milli Məclisin yaz sessiyası yekunlaşıb. “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsini tam hazırladıqdan sonra parlamentin payız sessiyasında Milli Məclisə təqdim etməyi düşünürük”.

 

Qeyd edək ki, “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsini 2011-ci ildə deputat Qüdrət Həsənquliyev parlamentə təqdim etsə də, layihə müzakirəyə çıxarılmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir