Modern.az

"Bakı" Azərbaycan kubokunu "Neftçi"yə vermədi

"Bakı" Azərbaycan kubokunu "Neftçi"yə vermədi

17 May 2012, 22:36

Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Həlledici görüşdə "Neftçi" və "Bakı" komandaları üz-üzə gəlib.  

Unibank Premyer Liqanın qalib olan "Neftçi" klubu "qızıl dubl" etmək niyyətində idi. İndiyə qədər 6 dəfə ölkə kubokunun finalına yüksələn "ağ qaralar" cəmi bir görüşdə meydanı məğlub tərk edib. Qalan 5 oyunda fəxri mükafata sahib çıxan "Neftçi" bu gün 6-cı qələbəsini qazanmağa çalışacaqdı.

"Neftçi"dən fərqli olaraq "Bakı" cəmi 2 dəfə finala yüksəlib ki, hər iki görüşdə də qələbə qazanmışdı. Unibank Premyer Liqanı 6-cı pillədə başa vuran "zolaqlılar" mövsümü titulla başa vura bilərdi. Bunun üçün "Bakı" son olaraq "Neftçi" səddini keçməli idi. İlk hissədə rəqibini 2 dəfə məyus edən "Bakı" fəxri mükafata sahib çıxıb - 2:0.


Azərbaycan kuboku, final matçı
 
20:00. "Neftçi" - "Bakı" - 0:2
Qollar:
Koke, 8 (0:1), Junior, 28 (0:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Elman Musayev, Fariz Yusifov
Bakı. "Dalğa Arena"

“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev, 27. Rəşad Abdullayev

“Bakı”: 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 20. Elşad Manafov, 24. Nenad Kovaçeviç, 36. Uinston Parks, 77. Aleksandar Soliç, 98. Sergio Pardo

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi