Modern.az

Təkrar parlament seçkiləri nə vaxt keçiriləcək?

Təkrar parlament seçkiləri nə vaxt keçiriləcək?

Parlament

9 İyun 2020, 14:18

“Nəticələrin ləğv olunduğu dairələrdə təkrar parlament seçkilərinin keçirilməsi koronavirus pandemiyasına görə gecikir”.

 

Bunu Modern.az-a deputatı olmayan dairələrdə təkrar seçkilərin keçirilməsi qaydaları haqqında danışarkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib. O qeyd edib ki, Milli Məclisə seçkilər yekunlaşdıqdan bir neçə ay sonra nəticələri ləğv edilən dairələrdə təkrar seçkilər keçirilməli idi:

 

“Bu seçkilərin təyin edilməsi ölkə başçısının sərəncamı ilə müəyyənləşdirilməlidir. Rusiyada iyul ayının 1-nə elektron səsvermə ilə referendum təyin edilib. Mənə belə gəlir ki, Azərbaycan seçiciləri elektron səsverməyə maraqlı deyillər. Həmçinin elektron səsvermə təyin etmək üçün vətəndaşların texniki imkanlarını, internetə çıxışlarının əlverişliliyini də nəzərə almaq lazımdır. Çünki boş qalan dairələrin tərkibində ucqar kəndlər, internetə çıxışı o qədər də əlverişli olmayan, kompütersiz vətəndaşlar da yaşayırlar. Onlar səsvermə hüququnu təmin etmək üçün ciddi iş görülməsinə ehtiyac olacaq. Bütün bunları nəzərə alaraq, elektron səsvermənin o qədər də əlverişli olmadığını düşünürəm.

Hər bir halda Milli Məclis fəaliyyətini davam etdirir. Deputatı olmayan dörd dairənin əhalisinin də Milli Məclisdə təmsil olunmaq hüququ var. Bu səbəbdən pandemiyadan sonra əlverişli imkan formalaşdığı ən qısa zamanda həmin dairələrdə seçkilərin keçirilməsi məqsədəuyğundur”.

 

Qeyd edək ki, 33 saylı Xətai I, 35 saylı Xətai III, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələrinin VI Çağırış Milli Məclisdə təmsilçisi yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır