Modern.az

Sərt karantin rejimi ilə bağlı əhaliyə TÖVSİYƏ

Sərt karantin rejimi ilə bağlı əhaliyə TÖVSİYƏ

9 İyun 2020, 15:08

Həyatı çətinləşdirən bir çox amillər depressiyaya səbəb ola bilər. Depressiya kədərdən də betərdir. Depressiyanın yaranmasında özləri də bilmədən günahkar insanların özləridir. Əhval-ruhiyyənin enməsi, maraq və zövq alma hissinin itməsi, tez yorulma, gələcəyə bədbin və ümidsiz baxmaq, özünə xəsarət depressiyanın ilkin simptomları hesab edilir. Artıq bütün dünyanı öz cənginə alan koronavirus isə insanları müxtəlif səbəblərdən depressiyaya salır.

 

Pandemiya dövrü insanların depressiyasına necə təsir edir?

 

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Modern.az-a danışıb.

 

“Karantin dövründə təbii olaraq, insanlar müxtəlif səbəblərdən depressiyaya düşürlər. Çünki evdə qalma qorxusu, işdən çıxarmalar, maddi vəziyyətin ağırlaşması, insanların müstəqil bir həyatdan, birbaşa olaraq xüsusi bir qaydalar çərçivəsində hərəkət etməsi, onlarda sanki bir fobiya yaradıb. Düşünür ki, bununla da artıq bütün həyatı sıfıra enicək. Yəni an olaraq insan özü-özünü motivasiya edə bilmir. Bu zaman da assenik bir vəziyyət baş verir, insanın qanı qaralmağa başlayır, damarları büzüşür. Bunun nəticəsində isə insanda psixosemantik pozuntular yaranmağa başlayır. Hətta kimsə əsəbləşəndə deyir ki, qanım qaralıb. Yəni bu doğrudan da belədir. İnsan əsəbləşəndə qanının rəngi qaralır. Ancaq adi vaxtda qanın rəngi şəffaf qırmızı olur ”.

 

 

Psixoloq karantin dövründə hamı üçün qoyulan qadağanı, ən birinci motivasiya adlandırıb.

 

“Təbidir ki, bu karantin müddəti də üzü yaya doğru gedir. Bir çox yerlər bağlı olduğundan insanlar evdə oturmaqla kifayətlənirlər. Nəticədə də bu da insanların psixologiyasının pozulmağına gətirib çıxarır. Rayon yerlərində yaşayanlar, bu problemlə elə də, üzləşmirlər. Çünki onlar öz həyət-bacalarında müəyyən bir şərait qura biləcək gücə malikdirlər. Ona görə də, onlarda bu cür psixi pozuntular az baş verir. Şəhər əhalisi isə, xüsusilə də bina evlərində yaşayanlar "Mən evdə neyləyəcəm", "Nə vaxta qədər evdə oturacam" kimi öz-özlərinə suallar verməyə başlayırlar. Bunun özünü düşünmək belə, artıq insanlarda bir təşvişin yaranmasına gətirib çıxarır. Nəzərinizə çatdırım ki, hamı üçün qoyulan qayda ən birinci motivasiyadır. Bəzən olur ki, insan heç bir səbəb olmadan da, özü-özünü təşvişə salır. Özündə əsassız fikirlər yaratmağa çalışır. Əgər xəstəliyi varsa fikirləşir ki, artıq öləcəm. Artıq burada ölüm qorxusu ipoxondriya adlanır. İpoxondriyanı yaşadığına görə 20 gün ərzində insan günə bir kiloqram çəki itirməyə başlayır. Ölüm qorxusu yaşayan insan düşünür ki, artıq mən onkoloji xəstəyəm. Bir psixoloq olaraq bildirirəm ki, bu keçici bir sıxıntıdır. Özünüzü depressiyaya düşəcək qədər təşvişə salmayın. Keçdiyimiz hər bir çətinlik bizim üçün uğur qapılarının açarıdır. İradəli və dözümlü olun. Ümid edirəm ki, tez bir zamanda bu dönəmləri geridə qoyub, əvvəlki yaşayış tərzimizə qayıdacağıq”, - deyə Aytən Ələkbərova qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı