Bu gün Azərbaycanın korifey sənətkarı, dünya şöhrətli müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun anım günüdür.
1915-ci il 14 dekabrda şuşalı xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlmiş Rəşid Behbudov 74 yaşında vəfat edib.
Uzun müddət böyrək xəstəliyindən əziyət çəkən sənətkar 1989-cu il iyunun 9-da həyatını itirib.
Lakin Rəşid Behbudovun ölümü hələ də müəmmalı olaraq qalıb.
Müğənninin ölümü ilə bağlı bir neçə versiya dolaşsa da, əsas ehtimal onun 1988-ci ildə baş tutan Hindistan səfəri ilə bağlıdır.
Modern.az videonu təqdim edir: