Modern.az

Qulu Məhərəmli Aqşin Babayevlə bağlı XATİRƏLƏRİNİ bölüşdü

Qulu Məhərəmli Aqşin Babayevlə bağlı XATİRƏLƏRİNİ bölüşdü

Aktual

10 İyun 2020, 11:39

Yazıçı-dramaturq, jurnalist Aqşin Babayev vəfat edib.

Aqşin Babayevlə bağlı xatirələrini Modern.az-la bölüşən jurnalist, teletənqidçi Qulu Məhərrəmli onunla uzun müddət Azərbaycan radiosunda bir yerdə işlədiyini qeyd edib:

“Çox gözəl alim, yazıçı, jurnalist idi. Nazim Hikməti dərindən araşdırıb. Radionun xarici verilişlər qolunun inkişafında Aqşin Babayevin böyük rolu var. Gözəl tamaşalar müəllifi idi. 1990-cı illərin ortalarında yaxşı tamaşaları efirə gedirdi. Tamaşaçılardan böyük rəğbət toplaya bilmişdi.

Yaxşı yazıçı idi, maraqlı, şirin hekayələri var. Uzun illər bir onunla Ali Attestasiya Komissiyasında ekspert qrupunda bir yerdə olmuşuq. Obyektiv, dürüst və ciddi, öz ölçüləri olan insan idi. Aqşin Babayev fərqli idi. Hesab edirəm ki, mədəniyyətimizdə, jurnalistikamızda, bədii düşüncəmizdə öz yeri olan şəxs idi.

Uzun müddətdir müalicə olunurdu. Əlaqələrimiz var idi, danışırdıq. Xəstəliyi ilə bağlı dostlardan mütəmadi məlumat alırdım. Aqşin Babayevin dünyasını dəyişdiyini eşidəndə çox təəssüfləndim”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir