Modern.az

Yeni anti-türk koalisiyası: Aralıq dənizi ölkələrinin “yeni Osmanlı” qorxusu - TƏHLİL

Yeni anti-türk koalisiyası: Aralıq dənizi ölkələrinin “yeni Osmanlı” qorxusu - TƏHLİL

10 İyun 2020, 11:58

Türkiyənin Liviya və Suriya münaqişəsində aktiv iştirak etməsi, Kiprin yunan tərəfi ilə mübahisəli ərazidə təbii qaz yatağının istismarına başlamaq planları, Yaxın Şərq və Şimali Afrikada nüfuzunun artması anti-türk koalisiyasının yaranmasına səbəb olub. Yunanıstan, Kipr, İsrail, Birləşmiş Ərəb Əmirliyi Misirin başçılığı altında Türkiyə qorxusu altında sıx birləşiblər.

 

Bu ölkələrin Liviyadakı vətəndaş müharibəsində dəstəklədiyi qiyamçı general Hafiz Həftər və Suriuyadakı Bəşər Əsəd rejimi də koalisiyanın bir hissəsi sayılırlar. Belə kki, Hafiz Həftər Türkiyənin dəstəklədiyi Milli Birlik Hökumətinin rəhbəri Fayez əs-Saraca qarşı, Əsəd rejimi isə Suriya müxalifətinə qarşı silahlı mübarizə aparır.

Hələ 2019-cu ilin noyabrın 27-də Türkiyə Liviya Milli Birlik Hökuməti ilə Şərqi Aralıq dənizində sərhədlərin müəyyən olunması barədə memorandum imzaladılar. Bu memoradum Yunanıstan və Kipr rəhbərliyinin narazılığına səbəb oldu. Onlar həmin memorandumda dəniz sərhədlərinin və iqtisadi maraqlarının nəzərə alınmadığını iddia etmişdilər. Bu hadisə Aralıq dənizi hövzəsində ciddi siyasi və iqtisadi gücə çevrilmşi Türkiyəyə qarşı koalisiyanın yaradılmasına bəhanə oldu. Həmin koalisiyaya Misir, Yunanısran, Kiprlə yanaşı, İsrail, İordaniya, Fransa, İtaliya də daxil oldu.

Şərqi Avropa Ölkələri Qaz Forumu keçirən bu ölkələr sammitə Türkiyəni dəvət etməməklə, öz mövqelərini açıq-aşkar nümayiş etdirdilər.

 

Kipr, Yunanıstan və Misir müdafiə nazirləri birgə bəynaat verərək “Türkiyənin Kiprin iqtisadi zonasında qanunsuz fəaliyyət aparması, Yunanıstanın su və hava sərhədlərini pozmasını” pislədi.  

 

Bu proseslərdə Misirin iştirakı heç də təsadüfi deyil. Hazırda Misir-Türkiyə münasibətləri tarxinin ən aşağı nöqtəsinə enib. Hər şey 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin Baş Qəraragh rəisi Əbdülfəttah əs-Sisi tərəfindən devrilməsindən sonra başladı. Qanuni prezidentin devrilməsi, iqtidardakı “Müsəlman qardaşları” təşkilatının qadağan olunması Ankara ilə Qahirə arasında gərginliyin başlanğıcı oldu. AKP ideoloji yaxınlığı olduğu “Müsəlman qardaşları” təşkilatına qarşı repressiyaları qəti şəkildə pislədi.

 

Onsuz da soyuq olan Türkiyə-Misir hadisələri Liviya münaqişəsi fonunda daha da pisləşdi. 2019-cu ilin aprelində Liviya Milli Ordusu general Halif Həftərin başçılığı altında Livuya Milli Barış Hökumətinin nəzarətində olan paytaxt Tripoliyə hücum etdi və Misurata limanını bombaladı. Misurata limanı vasitəsilə Türkiyə Liviya hökumətinə ərzaq və silah yardımı göstərirdi. Rusiya və Fransanın da dəstək verdiyi geniş koalisiya general Hafiz Həftərə qələbə qazandıra bilmədi. Tripoli uğrunda döyüşlərdə darmadağın edilən Həftər qüvvələri Sirt şəhərinə qədər geri çəkildi. Fayez Ssarac hökumətinin qələbəsi həm də Türkiyənin ona qarşı birləşən koalisiya üzərində hərbi-diplomatik qələbəsi idi. Eyni zamanda vurğulanmalıdır ki, Türkiyənin Liviyaya dəstəyində onun yeganə müttəfiqləri Suriya müxalifəti və Qətər dövləti sayılır.

Bu birliyin Liviya vətəndaş müharibəsində dönüş yaradan qələbəsi böyük dövlətlərin Ankaranın Şimali Afrika və Şərqi Aralıq dənizi hövzəsindəki maraqları ilə hesablaşmağı tələb edir. Hadisələrə kənardan baxan ABŞ və Liviya Milli Orudusuna muzdlu döyüşçü vəı silah-sursatla yardım edən Rusiya Türkiyınin Liviya münaqişəsində müstəqil oyunçu rolunu istəməsə də, reallığı qəbul etməli olub. Liviyaya qoşun salacağını deyən Misir prezidenti Sisi də hədələrini sözdən əmələ çevirməyə tələsmir.

 

Baş verənlərə fərqli bucaq altında baxdıqda isə, Türkiyə-Liviua yaxınlaşmasını bəhanə edərək anti-türk koalisiyası quran ölkələrin Osmanlı İmperiyasının tərkibində olması faktorudur. Belə ki, Yunanıstan (1453-1821), Kipr (1571-1914), Misir (1517-1914), İsrail, İordaniya (1516-1917) əsrlər boyu Osmanlının tərkib hissəsi olublar. Yeri gəlmişəkn, Liviya da (1551-1911) Osmalı imperiyasının əyaləti olub. İtaliya təcavüzü nəticəsində Liviya itirilsə də, 100 il sonra Türkiyə regiona qayıdır. Və bu qayıdış yeri hökumətin razılığı ilə gerçəkləşir. Ola bilsin ki, Türkiyəyə qarşı onun tərkibində olmuş dövlətlərin hazırkı birliyi “yeni Osmanlı İmperiyasınının bərpa olunması qorxusu, tarixdən gələn psixoloji travmadır.

 

Son baş verən olaylar Türkiyənin istər Suriya, istərsə də Livuya münaqişlərində oyunun qaydalarını müəyyən edən əsas oyunçulardan biri olduğunu göstərir. Böyük dövlətlər isə Ərdoğan Türkiyəsinin regionun əsas geosiyasi oyunçularından birinə çevrilməsi faktı ilə hesablaşmaq qalır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu