Modern.az

Taksi sürücüləri xüsusi karantin dövründə - FOTOLAR

Taksi sürücüləri xüsusi karantin dövründə - FOTOLAR

İqtisadiyyat

10 İyun 2020, 20:45

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyəti ilə bağlı 5 aprel 2020-ci il tarixli qərarına əsasən, yalnız fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə verilir.

Belə ki, taksi şirkətləri işləyəcək taksi sürücüləri haqqında məlumatları icaze.gov.az saytına yerləşdirir və həmin məlumat əsasında onların fəaliyyətinə icazə verilirsə taksi sürücüsü işləyə bilir.

Bu səbəbdən dolayı 2 aydan çoxdur ki, əvvəllər sərbəst fəaliyyət göstərən taksi sürücülərinin çoxu işləyə bilmir. Açığı, heç işləyənlərin də durumu o qədər ürəkaçan deyil. Belə ki, 2 ay ərzində əksər müəssisələr xüsusi karantin rejimi tətbiq etdiyi üçün onlayn iş sisteminə keçdi. İstirahət mərkəzləri, parklar bir müddət bağlı qaldı və.s. Elə indinin özündə də onlayn qaydada çalışan şirkət və müəssisələr az deyil. Yəni şəhərdə insanları hərəkət aktivliyi az olduğundan bu taksi sürüclərinin də sifarişlərinin azalmasına gətirib çıxardı və elə indi də sürücülər əvvəlki qədər sifariş olmadığını və gündəlik tələbatın xeyli azaldığını deyir.

Bu səbəbdən dolayı Modern.az-ın əməkdaşı şəhər küçələrində taksi fəaliyyəti ilə məşğul olan şəxsləri lentə alıb. Görüntülərdən də aydın olur ki, sürüclərin vəziyyəti heç də ürəkaçan deyil…

 

 

Fotolar: İsmət Paşa 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir