Modern.az

Parlament xeyriyyəçilik fəaliyyətini qanuniləşdirəcək - AÇIQLAMA

Parlament xeyriyyəçilik fəaliyyətini qanuniləşdirəcək - AÇIQLAMA

12 İyun 2020, 09:38

“Xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun hazırlamağı düşünürük. Belə bir qanunun hazırlanması o qədər də asan məsələ deyil. Bu işin rəsmiləşdirilməsi yalnız Milli Məclisin payız sessiyasında mümkün olacaq. Əgər çatdıra bilsək, payız sessiyasında qanunu birinci oxunuşda təqdim etməyi nəzərdə tuturuq. Çatdıra bilməsək, Milli Məclisin növbəti ildəki yaz sessiyasında müzakirəyə çıxaracağıq”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri  belə bir qanunun hazırlanması üçün əvvəllər də fikirlər səsləndiyini qeyd edib:

“Bir neçə il bundan qabaq  xeyriyyəçiliklə bağlı qanunun hazırlanması təklifini sürsək də, həllini tapmadı. Artıq komitə və Milli Məclisin müvafiq şöbəsi bununla bağlı tapşırıqlarını verib. Hazırda başqa ölkələrin qanunvericilik təcrübəsi öyrənilir. Hesab edirəm ki, payız sessiyasında Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun layihəsində xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq. Çünki xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlara güzəştlərin tətbiq olunması və bu fəaliyyətin stimullaşdırılması çox vacibdir. Pandemiya dövründə nə qədər insanlarımız xeyriyyəçilik təşəbbüsü ilə çıxış edib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub