Modern.az

Bu il Azərbaycanda 20519 ölüm olub

Bu il Azərbaycanda 20519 ölüm olub

12 İyun 2020, 14:45

İlin əvvəlindən ölkə əhalisinin sayı 14473 nəfər və ya 0,1 faiz artaraq 2020-ci il may ayının 1-i vəziyyətinə 10081581 nəfərə çatıb.

 

Dövlət Statsitika Komitəsindən Modern.az-a verilən məlumata görə, əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.


Hesabat dövründə ölkə üzrə 20519 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.


Rəsmi məlumata görə, cari ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34749 doğulan körpə qeydə alınıb:


“Əhalinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlər olub”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?