Modern.az

Əhalinin banklardakı əmanətləri AZALIB

Əhalinin banklardakı əmanətləri AZALIB

İqtisadiyyat

12 İyun 2020, 14:52

2020-ci il may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği aprel ayı ərzində 493,7 milyon manat azalaraq 7758 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 3,9 faiz, xarici valyutada əmanətlər isə 16 faiz azalıb.

Həmçinin bildirilib ki, may ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,85 (1,87) manata, 100 Rus rubluna 2,33 (2,46) manata bərabər olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür