Modern.az

Avropa və ABŞ birjalarında qiymətlər ÇÖKDÜ

Avropa və ABŞ birjalarında qiymətlər ÇÖKDÜ

İqtisadiyyat

12 İyun 2020, 14:58

Avropa birjaları maliyyə aktivlərinin cari qiymətinin enməsi üzündən bağlanmalı olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Avropanın “STOXX Europe 600” şirkətinin indeksi 4% düşüb. Alman şirkəti “DAX”-da 2,8%, fransız şirkəti “CAC-40”-da 4,6%, ”FTSE” ingilis şirkətinda isə təxminən 4% azalıb.


Nyu-York maliyyə bazarlarının əsas indeksi isə birja iştirakçılarının koronovirusun ikinci dalğasından ehtiyatı üzündən kəskin şəkildə düşüb.


“Dow Jones”un sənaye indeksi 7% enib və bu, son üç ay üçün ən aşağı göstəricidir.

Ən böyük 500 şirkəti birləşdirən “S&P 500”-ün indeksi 6% aşağı düşüb.

Ən çox aviaşirkətlərin, səyahət və turizm agentliklərinin, həmçinin enerji sektorunun maliyyə aktivlərinin qiyməti düşüb.

Bazar analitiklərinin sözlərinə görə, investorların qərarlarına Florida, Texas və Kaliforniya ştatlarında konovirus yoluxmalarının sayının artması təsir göstərib.

ABŞ-ın Federal Ehtiyat Sistemi iqtisadiyyatın bərpasının uzunmüddətli olacağını deyib. Ona görə də hətta epidemiyanın ikinci dalğası baş qaldırsa belə yenidən karantinin tətbiq edilməməsini təklif edib.

Keçən həftə maddi yardım almaq üçün əmək birjasına daha 1,5 milyon adam müraciət edib. Halbuki may ayında ölkədə iş yerlərinin sayı 2,5 milyon artıb. FES bu il ABŞ-da Ümumi daxili məhsulun 6,5% azalacağını, işsizlərin sayının 9,3% təşkil edəcəyini proqnozlaşdırıb. Hazırda işsizlərin sayı 13,3 % səviyyəsindədir.   


A.Qorxmaz

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür