Modern.az

Dörd ayın büdcə gəlirləri, büdcə xərcləri, idxal-ixrac - RƏQƏMLƏR

Dörd ayın büdcə gəlirləri, büdcə xərcləri, idxal-ixrac - RƏQƏMLƏR

12 İyun 2020, 15:14

2020-ci ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 10527,5 milyon manat, xərcləri 9392,2 milyon manat təşkil edib.

Modern.az Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, büdcənin icrasında 1135,3 milyon manatlıq və ya ümumi daxili məhsulun 4,1 faizi qədər profisit yaranıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 161 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 96 ölkəyə məhsul ixrac, 149 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 8180,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 4798,7 milyon dollar, idxalın dəyəri 3381,8 milyon dollar təşkil edib. Nəticədə 1416,9 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,5 faiz, real ifadədə 17,1 faiz, o cümlədən idxal 40,5 faiz, ixrac isə 0,4 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 86,4 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Hindistan, Ukrayna, İsrail, Almaniya, Yunanıstan, Xorvatiya, Gürcüstan, Çexiya, Tunis, Portuqaliya, İspaniya, Avstriya, Fransa ilə aparılmış ticarət əməliyyatlarını əhatə edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,1 faizi Rusiyanın, 14,9 faizi Türkiyənin, 12,6 faizi Çinin, 9,6 faizi ABŞ-ın, 5,3 faizi Almaniyanın, 4,4 faizi İtaliyanın, 4,3 faizi Ukraynanın, 2,8 faizi İranın, 2,2 faizi Birləşmiş Krallığın, 1,9 faizi Yaponiyanın, 1,7 faizi Fransanın, 1,6 faizi Koreyanın, hər biri 1,3 faiz olmaqla Türkmənistan və Hindistanın, 1,2 faizi Belarusun, 16,8 faizi isə digər ölkələrin payına düşüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir