Modern.az

“Ermənistan təlaş içərisindədir” – Səməd Seyidovdan Brüsselin qərarına ŞƏRH

“Ermənistan təlaş içərisindədir” – Səməd Seyidovdan Brüsselin qərarına ŞƏRH

12 İyun 2020, 17:45

“Avropa Parlamentinin Ermənistana qarşı bəyanatı göstərir ki, artıq qanunun aliliyi və beynəlxalq davranış normaları beynəlxalq təşkilatlar arasında yenidən ciddi əhəmiyyətə çevrilməyə başlayıb”.

Bunu Modern.az-a baş nazir Nikol Paşinyanın səsləndirdiyi Ermənistanla Dağlıq Qarabağı birləşdirən yeni avtomobil yolunun çəkilməsi haqqında layihəyə Avropa Parlamentinin münasibətini şərh edərkən parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O qeyd edib ki, öncədən Avropa təşkilatları, beynəlxalq qurumlar populist çıxışların arxasınca gedərək, ağılasığmaz, düzgün olmayan mövqelər ortaya qoyurdular:

 

“Bununla həm beynəlxalq qanuna zidd olan davranış göstərirdilər, həm də ən əsası həmin beynəlxalq təşkilatlar özlərini və təmsil olunan ölkələri ciddi problemlər içərisində qoyurdular.

Biz həmişə Azərbaycan olaraq, Dağlıq Qarabağ problemini gündəmə gətirərək, qeyd etmişik ki, bu sadəcə Azərbaycanın hüquqlarının pozulması deyil. Dağlıq Qarabağ məsələsi beynəlxalq hüququn pozulmasıdır. Ona görə, buna düzgün münasibət bəsləyərək, siz özünüz özünüzü də qoruya biləcək, dünyada gedən prosesləri düzgün təhlil edə biləcəksiniz. Bu istiqamətdə haqq-ədaləti təmin edərək, özünüzü haqsızlıqdan müdafiə edəcəksiniz. Azərbaycanın istədiyi qanunun aliliyini təmin etməkdir. Çünki beynəlxalq aləmdə qanunun aliliyi təmin edilərsə, bunun içərisində Azərbaycanın da milli maraqlarına uyğun olan sənədlər qəbul olunmağa başlayır. Bunu istəməyən yeganə ölkə isə Ermənistandır və ona görə hazırda təlaş içərisindədir.

Əslində bu sənədin qəbul olunması Azərbaycan torpaqlarının işğalı nəticəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin beynəlxalq qanuna  – ifadəyə görə üzr istəyirəm- “tüpürərək” növbəti provokasiya yaratmasının qarşısını almaq üçündür. Avropa Birliyinin məruzəçiləri konkret olaraq, beynəlxalq qanuna zidd olan hərəkətləri pisləyib, konfliktin Azərbaycanın sərhədləri çərçivəsində həll olunmasına çağırış edib, ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin davam etdirilməsinə etiraz bildiriblər. İşğal olunmuş ərazilərin içərisində gedən proseslərin sülhün təmin olunmasına və münqaişənin həllinə xidmət etmədiyini qeyd ediblər. Bununla Ermənistanda, o cümlədən qondarma rejimin içərisində təlaş yaranıb. Onların müraciətləri beynəlxalq qanunu qəbul etməyərəkdən həyata keçirilir.  Bu isə ağılasığmaz hərəkətdir”.

 

Bu sənədin qəbulunun təsadüf olmadığını vurğulayan komitə sədri deyib ki, burada iki məsələ beynəlxalq və daxildə qəbul olunmuş, aparılan siyasət mühüm rol oynayıb:

“Azərbaycanın xarici siyasətinin ön cəbhəsində olan ölkə prezidenti Azərbaycanın haqq sözünü dəfələrlə beynəlxalq təşkilatlarda çatdırıb. Qeyd olunub ki, Azərbaycanın mövqeyi o cümlədən beynəlxalq qanunvericiliyə yardımdır.

Bu qanunun qəbul olunmasından əvvəl, mayın 11-də Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı ilə bağlı yekun sənəd qəbul edib. Burada  qeyd olunub ki, gələcəkdə qəbul olunan bütün sənədlərdə Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü dəstəklənsin. Bu zaman da Ermənistan çox məyus qalmışdı. Qərardan 15-16 gün keçəndən sonra Avropa parlamentinin beynəlxalq əlaqələr Komitəsində  növbəti sənəd qəbul olundu. Bu sənəddə də ölkələırin ərazi bütövlüyü prinsipi önə çəkilir. Ona görə indi qəbul olunan sənəd spontan formalaşmış sənəd deyil. Qeyd etdiyimiz sənədlərə istinadən hazırlanıb. Bir müddət sonra “Şərq Tərəfdaşlığı” sammiti keçiriləcək, Avropa Parlamentinin iclasları olacaq. Bu yeni beynəlxalq qanuna söykənən, beynəlxalq qanunu prioritet kimi yenidən gündəmə gətirən siyasətin cizgilərinin içərisindən çıxarılmış sənəddir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi