Modern.az

“Soyuq müharibə”dən qalan absurd qanun – Azərbaycana qarşı “Cekson-Venik düzəliş”i niyə ləğv olunmur?  

“Soyuq müharibə”dən qalan absurd qanun – Azərbaycana qarşı “Cekson-Venik düzəliş”i niyə ləğv olunmur?  

Analitika

13 İyun 2020, 16:00

Yarım əsrdən artıq davam edən “Soyuq müharibə” 1991-ci ildə Sovet İttifaqının süqutu ilə formal olsa da başa çatdı. Buna baxmayaraq, ABŞ və SSRİ arasında mübarizə dövründə qəbul edilmiş bəzi qanunverici aktlar hələ də öz qüvvəsini saxlayır. Absurd səslənsə də, bəzi qərarlar Sovet İttifaqının süqutundan sonra avtomatik olaraq, keçmiş sovet respublikalarına şamil edilib.

 

Modern.az bu kontekstdə, “Soyuq müharibə” dövründən qalan və Azərbaycna da daxil olmaqla, 6 postsovet ölkəsinə qarşı hələ də qüvvədə qalan ən absurd qanun - “Cekson-Venik düzəliş”nin mövcud olduğunu xatırladır.

Dondurulsa da, ləğv edilməyən “907-ci düzəliş”lə birlikdə “Cekson-Venik düzəlişi” ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi məhdudlaşdırıcı qanunlardır.

“Cekson-Venik Düzəlişi” ötən əsrin 70-ci illərində, ABŞ-SSRİ münasibətlərinin gərgin olduğu dövrdə qəbul edilib. Konqresmenlər Henri Cekson və Çarlz Venik tərəfindən irəli sürülən və qəbul olunan düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağa yasaq qoyurdu. 1974-cü il ABŞ Ticarət Aktına əlavə edilmiş düzəliş beynəlxalq normalara riayət etməyən ölkələrdə istehsalı olunan malların ABŞ bazarına daxil olmasını əngəlləyir.

 

Düzəlişin əsas müəllifi konqresmen Henri Cekson

 

Sovet İttifaqının süqutu ilə aktuallığını itirən qanunun hələ də ləğv olunmaması Vaşinqtonda belə təəccüb doğurur. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Cek Metlok bu təccübünü belə ifadə etmişdi.

“Biz “Cekson-Venik” düzəlişindən Sovet yəhudilərinin ölkədən mühacirət etməsi üçün deyil, həm də insanların hərəkət azadlığını təmin etmək üçün təzyiq vasitəsi kimi istifadə edirdik. Amma 1991-ci ildə biz Sovet vətəndaşlarına 70 min viza verdik amma onların ölkəni tərk etməsi üçün əngəl Kremlin maneələri deyil, ABŞ-ın tətbiq etdiyi kvota idi.”.

 

Sovet Yəhudilərinə Dəstək Milli Konfransının keçmiş icraçı direktoru Cerri Qudman da düzəlişin 70-ci illərdə yəhudilərin miqrasiyası üçün effektiv yardım göstərdiyini desə də, 1980-ci illərin sonlarında ona faktiki ehtiyacın qalmadığını deyib. “Cekson-Venik” düzəlişi bu günə qədər ləğv olunmasa da, 1989-cu ilədn hər il onun icrası dondurulur.

Sovet İttifaqının süqutundan sonra ilk olaraq 2000-ci ildə Qırğızıstana qarşı “Cekson-Venik” düzəlişi ləğv olunmuşdu. Ardınca, Gürcüstan (2000-ci il), Ermənistan (2004-cü il), Ukrayna (2005-ci il) və Rusiya ilə Moldovaya qarşı (2012-ci il) ləğv edilib.

 

Hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistran, Tacikistan, Belarus və Azərbaycan formal olaraq, bu düzəlişin təsiri altındadır. Düzəlişin icrasına hər il 1 il müddətinə dondurulsa da, onun tam ləğv olunması müzakirə olunur. İyunun əvvəllərində Özbəkistana səfər edən amerikalı konqresmenlər “Cekson-Venik düzəliş”inin bu ölkəyə qarşı ləğvi üçün yaxın zamanlarda qanun layihəsinin hazırlanjacağını və Nümayəndələr Palatasəında səsvermjəyə çıxarılacağını açıqlayıblar. Azərbaycana qarşı isə qanunun tam ləğv olunması 2009 və 2012-ci illərdə gündəliyə çıxarılsa da, onun ləğvi barədə qərar qəbul olunmayıb.

 

Sovet İttifaqının süqut etdiyi bir zamanda, yəhudilərin hərəkət azadlığının təmin edildiyi, tolerant münasibət gördüyü və tamhüquqlu vətəndaş kimi dövlət orqanlarında təmsil olunduğu şəraitdə Azərbaycana qarşı “Cekson-Venik düzəliş”inin ləğv olunmaması həm Azərbaycanda, həm də okeanın o tayında bir sıra siyasətçilər üçün anlaşılmazdır.

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub