Modern.az

Ağstafadakı qətlin TƏFƏRRÜATLARI

Ağstafadakı qətlin TƏFƏRRÜATLARI

14 İyun 2020, 10:58

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qətl hadisəsi törətmiş şəxs tutularaq istintaqa cəlb olunub.

 

Prokurorluqdan Modern.az-a verilən məlumata görə, iyunun 14-də gecə saat 01 radələrində rayonun Dağkəsəmən kənd sakini 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 

 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun həmkəndlisi 1992-ci il təvəllüdlü Tural Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulub. 

 

Tural Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim etmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti  etiraf edib. 

 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi