Modern.az

Milli Məclisdə dinləmələr keçiriləcək

Milli Məclisdə dinləmələr keçiriləcək

14 İyun 2020, 13:15

Milli Məclisdə qeyri-leqal məşğulluqla bağlı dinləmələrin keçirilməsi gözlənilir.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda dinələmələr keçiriləcək:

 

“Bu ilin yaz sessiyasında Milli Məclisin Əmək və sosial siyasət komitəsində bütün işləri yerinə yetirə bilmədik. Koronavirus pandemiyası ilə əlaqədar olaraq Milli Məclisin fəaliyyəti məhdudlaşmış oldu. Dinləmələri sosial media vasitəsilə həyata keçirtmək mümkün deyil. Dinləmələr istər icra, istər qanunvericilik orqanları, istərsə də QHT, KİV-lər tərəfindən canlı müzakirə formasında aparılmalıdır. Güman ki, iyunun sonu bununla bağlı dinləmələri edəcəyik”.

 

Komitə sədrinin sözlərinə görə, koronavirus pandemiyası bizdə qeyri-leqal məşğulluğun bizdə həddindən artıq çox olduğunu göstərdi:

 

“600 min insan yalnız bu işə ayrılıb və yaşayış minimumu məbləğində müavinət üçün müraciət edib. 600 min insanın hamısı qeyri-leqal insan idi. Bunlar leqallaşsaydı, həm dövlət büdcəmizə, həm də sosial sığorta fonduna nə qədər vəsait toplanacaqdı”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?