Modern.az

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı 28-ə çatdı - FOTO

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı 28-ə çatdı - FOTO

Ölkə

14 İyun 2020, 23:15

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 6087 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, ümumilikdə ölkədə edilən testlərin sayı 381 846-dır.

 

Son sutkada ölkədə 387 yeni yoluxma, 4 ölüm qeydə alınıb.

 

Məlumata görə, hazırda reanimasiyada 136 nəfər müalicə alır, 28 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 9 957 nəfər virusa yoluxub, 119 nəfər  ölüb, 5 583 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 255 nəfərdir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır