Modern.az

Azərbaycanda koronavirusa yoluxan həkimin FƏRYADI: “Xahiş edirəm, bizə inanın!”

Azərbaycanda koronavirusa yoluxan həkimin FƏRYADI: “Xahiş edirəm, bizə inanın!”

Hadisə

15 İyun 2020, 01:12

Azərbaycanda karantin xəstəxanasında çalışan daha bir həkim özünün koronavirusa yoluxduğunu bəyan edib.

Modern.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasında “COVID-19” infeksiyası ilə mübarizə aparan həkim Nicat Əzimli iyunun 14-də koronavirusa yoluxan 387 nəfərdən birinin özü olduğunu bildirib:

“Bu günkü 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdu deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidilə”,-deyə həkim sosial şəbəkə vasitəsilə çağırış edərək, hamını özünü qorumağa səsləyib..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar