Modern.az

Moldova prezidenti istefa verib

Moldova prezidenti istefa verib

11 Sentyabr 2009, 13:05

Moldova prezidenti televiziya ilə xalqa müraciət edərək tutuduğu postu tərk etdiyini bəyan edib. O, eyni zamanda yeni hakimiyyətin ölkəni idarəetmə qabiliyyətinə malik olmadığını da deyib: «Yeni hökumətin vahid komanda olacağına, öz maraq və məqsədlərinə deyil, xalqın marağına söykənərək dövləti idarə edə biləcəyinə inanmıram».
Bundan əvvəl Voronin hökumətə müvəqqəti rəhbərliyi Ədliyyə naziri Vitali Pırloqa verilməsi haqqında sərəncam imzalayıb. Yeni seçilmiş parlamentin dünən keçirilən iclasında seçkilərdə qalib gəlmiş «Avropaya inteqrasiya uğrunda alyans»dan vise-spikerlər seçilib.
Vladimir Voronin 8 il Moldova prezidenti olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub