Modern.az

Bakıda keçmiş məhkum evdən oğurluq etdi

Bakıda keçmiş məhkum evdən oğurluq etdi

15 İyun 2020, 17:19

Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının əməliyyat keçiriblər.

 

Əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisindəki evlərin birindən 5 500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Məmmədzadə saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi