Modern.az

Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər öldü

Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlandı, 3 nəfər öldü

Hadisə

15 İyun 2020, 19:52

Azərbaycanda 367 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 156 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Rəsmi məlumata görə, indiyə kimi ölkəmizdə 10324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5739 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər vəfat edib.

Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı da məlum olub.

Nazirlər Kabineti yanında Operativ Qərargah bildirib ki, təkcə bu gün 5052 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün ümumilikdə 386 898 test aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir