Modern.az

Moskva ilə Ankara arasında BORC QALMAQALI: Putinlə Ərdoğan məsələyə qarışa bilər

Moskva ilə Ankara arasında BORC QALMAQALI: Putinlə Ərdoğan məsələyə qarışa bilər

15 İyun 2020, 22:47

Türkiyənin özəl qaz şirkətləri Rusiyanın “Qazprom” şirkərinə 2 milyard dollara yaxın borc toplayıb.

Modern.az “Wall Street Journal”a istinadən xəbər verir ki, 7 türk şirkəti qaz qiymətlərində endirim qarşılığında Rusiyadan böyük həcmdə təbii qaz almaq öhdəliyi götürümüşdülər.

Amma pandemiya və sənaye istehsalının azalmasına görə, şirkətlər söz verdikləri qazın yalnız 15%-ini alıblar və ödəməni etməyiblər.

 

Hazırda həmin 7 şirkət və “Qazprom” arasında danışıqlar aparılır. Əgər 2 milyard dollarlıq borcun ödənilməsində problem yaransa, məsələnin Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin səviyyəsində müzakirəsi istisna olunmur.

Türkiyə 2007-ci ildən Rusiyanın ən çox qaz satdığı ölkə idi. Qaz bu ölkəyə “Mavi axın” və “Türk axını” xətləri ilə çatdırılırdı. Birinci kəmərin gücü illik 16 milyard kub metr, ikinci kəmərin gücü isə 31,5 milyard kub metr qaz olub.

 

Amma 2019-cu ildə Türkiyə “Qazprom”dan qaz alışını 40% azaldıb. Bu boşluğu Azərbaycan qazı və fərqli ölkələrdən sıxılmış qaz doldurub. Bu ilin fevralında Rusuyadan qaz tədarükü 2 dəfə, apreldə isə 4,6 dəfə azalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir