Modern.az

Milli Məclisin 2 əməkdaşı da koronavirusa yoluxdu - RƏSMİ

Milli Məclisin 2 əməkdaşı da koronavirusa yoluxdu - RƏSMİ

16 İyun 2020, 11:39

Azərbaycan Respublikasının Milli Məclisində karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

 

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlıumata görə, bu testlər nəticəsində parlamentin  İşlər İdarəsinin iki əməkdaşında "COVID-19" testinin nəticəsi müsbət çıxıb. 

 

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək, karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar.

 

Milli Məclisin "COVID-19" testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu