Modern.az

XİN Rusiya-Azərbaycan sərhəddində toplaşan soydaşlarımıza ÇAĞIRIŞ ETDİ

XİN Rusiya-Azərbaycan sərhəddində toplaşan soydaşlarımıza ÇAĞIRIŞ ETDİ

16 İyun 2020, 12:04

Dağıstanda, Rusiya-Azərbaycan sərhəddində soydaşlarımızla bağlı dözülməz vəziyyət yaranıb.

Ötən gün Rusiyadan Azərbaycana qayıtmaq istəyən azərbaycanlıların sərhəddən buraxılmamsı insidentə səbəb olub. Dağıstanda soydaşlarımızla milis arasında yaranmış qarşıdurma azərbaycanlıların aşağılanması ilə nəticələnib. 

Sərhəddin bir neçə yüz metrliyində gözləyən Azərbaycan vətədaşları milis tərəfindən incidilib, üzü üstə yerə uzandırılıb.


Modern.az məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, qrafikə uyğun olaraq vətəndaçlarımız həm  hava, həm də quru yolla ölkəmizə buraxılır.


“Həmçinin, bu gün də Dağıstandan ölkəmizə vətəndaşlarımız təxliyə olunacaq”.


XİN rəsmisi əlavə olaraq onu da qeyd edib ki, bəzi Azərbaycan vətəndaşları qeydiyyatdan keçmədən sərhəddin yaxınlığına toplaşıblar:


“Bununla bağlı dəfələrlə rəsmi şəxslər, eləcə də Rusiyadakı səfirimiz  vətəndaşlara çağırış edərək “zəhmət olmasa, qeydiyyatdan keçin və portal vasitəsilə sizə gələcək məlumatı gözləyin ki, ölkəmizə qayıda biləsiniz” deyib. Bəzi vətəndaşlarımız isə qeydiyyatdan keçmədən Dağıstanla sərhəddə yığışır və elə zənn edirlər ki, bu yolla daha tez qayıdacaqlar. Ancaq portaldan qeydiyyatdan keçmiş və sıra nömrəsinə uyğun olan vətəndaşlarımız var. Bu baxımdan vətəndaşlarımızdan bir daha xahiş edirik ki, səfirliyin qeydiyyatından keçsinlər və onlara gələcək məlumatı gözləsinlər.

Qeydiyyatdan keçməyən insanlar özü haqqında məlumatları Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliyinə, yəni səfirliyə bildirməli, qeydiyyatdan keçməlidirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır