Modern.az

Rəşad Mahmudov Bəhram Bağırzadənin son durumunu AÇIQLADI

Rəşad Mahmudov Bəhram Bağırzadənin son durumunu AÇIQLADI

16 İyun 2020, 12:44

“Bəhram Bağırzadənin həyatı uğrunda aparılan müalicə 48 saatdan çoxdur ECMO cihazı vasitəsilə davam etdirilir”.

Bunu Modern.az-a açıqlamasında "COVID-19" infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.


R.Mahmudov qeyd edib ki, gedişatda mənfi dinamika müşahidə edilmir:


“Eləcə də laborator analizlərin cavabında kiçik də olsa, müsbət dəyişikliklərin olması Bəhram Bağırzadənin və həkimlərimizin bu mübarizədə uğur qazanmağı üçün bir ümid işığı qaynağıdır.

Əlbəttə, dünya tibbinin reallıqlarını nəzərə aldıqda, belə ağciyər zədələnməsinin müalicəsində qısa müddətdə müsbət nəticə əldə etmək imkansızdır. Bu günlərdə ən vacib olan məsələ digər orqanların funksiyasını qorumaq, ağciyər yerinə fəaliyyət göstərən ECMO cihazının işinin davam etdirməsinə nail olmaqdır. Yəqin ki, bu mübarizə hələ uzun müddət davam edəcək”.


“Elmi Təcrübi və Tədris Mərkəzinin” rəisi deyib ki, hazırda Bəhram Bağırzadəyə orqan transplantasiyası müzakirə edilmir:

 

“Media və ictimaiyyət nümayəndələrindən məsələyə həssas yanaşmalarını xahiş edirik. Mediada həqiqəti əks etdirməyən görüntülərin, əsası olmayan fikirlərin yayılması həm ailə, həm də tibb işçilərinin gördükləri işə münasibət baxımından zərərlidir. Bildirmək istəyirəm ki, bu vəziyyətdə ağciyər transplantasiyası ilə əlaqdar hər hansı plan yoxdur. Bu, təkcə bizim ölkəmizlə əlaqəli deyil, xüsusi vəziyyətlərdə transplantasiyadan söhbət gedə bilməz.

Eləcə də müalicənin gedişində əksiklik yoxdur. Xəstə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarəti altındadır, onun müalicəsi Dövlət Gömrük Komitəsinin tibbi xidmətinin imkanları daxilində bütün dünyada lazım olan dərman pereparatları, tibbi texnologiya, ən yüksək vəziyyətlərədə istifadə olunan avadanlıqlara aparılır. Təkcə Bəhram bəyin deyil,  xəstəlikdən əziyyət çəkən yüzlələrə xəstə üzərində bu müalicə davam etdirilir. Ümid edirik ki, Bəhram bəyə, eləcə də digər xəstələr üçün ortaya qoyulmuş əməyə qarşılıq müsbət nəticələr əldə edərik.
Bir daha bu mövzuya həssaslıqla yanaşıldığına görə, bütün media mənsublarına, eləcə də ictimaiyyətə təşəkkürmüzü bildirik. Hamıdan arzumuz və istəyimiz odur ki, bu məsələyə həssaslıqla yanaşaraq, rəsmi qurumlara istinad etsinlər, əlavə məlumatlara uymasınlar”.

 

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.


Əməkdar artistin ağciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.


Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir