Modern.az

Rəqabət Məcəlləsinin bəxti nə vaxt açılacaq? - Komitə sədrindən AÇIQLAMA

Rəqabət Məcəlləsinin bəxti nə vaxt açılacaq? - Komitə sədrindən AÇIQLAMA

Parlament

17 İyun 2020, 11:15

Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsi hazırlansa da, Milli Məclisdə müzakirəyə çıxarılmır.

Maraqlıdır, Rəqabət Məcələsi layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaqmı?

 

Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Modern.az-a açıqlamasında bildirib ki, layihənin nə zaman müzakirə ediləcəyi bəlli deyil:

 

“Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılacağı barədə hər hansı fikirləri səsləndirmək çətindir. Çünki payızda iş planı hazırlanacaq”.

 

Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə Prezident tərəfindən Milli Məclisə təqdim edilib. Qanun layihəsi 2 oxunuşdan keçsə də, 3-cü oxunuşa çıxarılmayıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü