Modern.az

Azay Quliyev Norveç qəzetinə “Avroviziya-2012” ilə bağlı müsahibə verib

Azay Quliyev Norveç qəzetinə “Avroviziya-2012” ilə bağlı müsahibə verib

21 May 2012, 16:47

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Norveçin “Morgenbladet” qəzetinin müxbiri Maren Naess Olsenə müsahibə verib.

Bakıda keçirilən “Avroviziya-2012” ilə bağlı bir sıra məqamlara diqqət yetirən müxbirin suallarına cavab olaraq, A.Quliyev deyib ki, bu tədbir mahnı, dostluq və əməkdaşlıq bayramı kimi bütün Azərbaycan xalqı tərəfindən böyük sevinclə qarşılanır və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi bu bayramın bütün standartlar üzrə ən yüksək səviyyədə keçirilməsi üçün böyük bacarıq və əzmkarlıq nümayiş etdirib.
Şura sədri həm tədbirin başlamasından öncə xarici mətbuatda, həm də musiqi bayramının keçirildiyi günlərdə bəzi dairələrin ondan sui-istifadə cəhdlərini pisləyərək deyib ki, gənc dövlətin uğurlarını bütün dünyaya göstərməklə bərabər ölkədə demokratik proseslərin daha da dərinləşdirilməsinə çalışan Azərbaycan hakimiyyəti tənqidə həmişə açıq olub. Lakin tənqidi fikir qərəzsiz, obyektiv olanda inkişafa və qarşılıqlı anlaşmaya xidmət edir.
A.Quliyev qeyd edib ki, bu beynəlxalq musiqi bayramına xarici ölkələrdən təşrif buyurmuş minlərlə qonaq Azərbaycan reallıqlarını yetərincə izləmək və ölkədə ictimai-siyasi, mədəni-sosial həyatın bütün parametrləri üzrə müəyyən nəticələr çıxarmaq imkanına sahibdir. Şura sədri həmin nəticələrin obyektivliyinə və ədalətli olacağına ümid bəslədiyini bildirib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq