Modern.az

Azərbaycanda 146 COVİD-19 xəstəsi reanimasiyaya yerləşdirildi - FOTO

Azərbaycanda 146 COVİD-19 xəstəsi reanimasiyaya yerləşdirildi - FOTO

Ölkə

17 İyun 2020, 23:29

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 5 700 nəfər test edilib.

TƏBİB-dən  Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 397 399 nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə 329 yeni yoluxma, 7 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 10 991 nəfər virusa yoluxub, 133 nəfər  ölüb, 6 075 nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 4 783 nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 146 nəfər müalicə alır, 29 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi