Modern.az

Daxili İşlər Nazirliyindən Mirqafar Seyidovun işdən çıxarılma xəbərinə REAKSİYA

Daxili İşlər Nazirliyindən Mirqafar Seyidovun işdən çıxarılma xəbərinə REAKSİYA

Aktual

18 İyun 2020, 18:00

Daxili İşlər Nazirliyində kadr islahatlarının aparıldığı və Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovun tutduğu vəzifədən azad edildiyi barədə xəbər yayılıb.

İddia olunub ki, M.Seyidov səhhətində yaranmış problemlərə görə, öz ərizəsi ilə işdən çıxıb.
 

Modern.az saytının əməkdaşı xəbəri dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxlayıb.

E.Zahidov xəbəri təkzib edərək, həqiqəti əks etdirmədiyini vurğulayıb: "Tamamilə əsassız məlumatdır!"

M.Seyidov 2014-cü ilin noyabr ayından Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyir.

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub