Modern.az

Ermənilərin unutmayacağı gün - Mübariz İbrahimovun qəhrəmanlığından 10 il ötür – VİDEO

Ermənilərin unutmayacağı gün - Mübariz İbrahimovun qəhrəmanlığından 10 il ötür – VİDEO

18 İyun 2020, 18:24

10 il öncə bu gün bir qəhrəmanlığa şahid olduq.. Elə bir qəhrəmanlığa ki, həm bizi üzdü, həm də qürurlandırdı.

 

18 iyun Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür. O gündən Azərbaycan xalqı üçün yeni bir eranın – Mübarizlik erasının başlanğıcı qoyuldu.

Mübariz İbrahimov təkbaşına düşmən postuna hücum edərək,  Vətəni naminə şəhid olmağı seçdi. Həmin gün  gecə saatlarında gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. O, elə birinci həmləsində Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir.

 

Sonra  Mübariz düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür.Səhərə yaxın Mübariz İbrahimov döyüşdə qəhrəmanca həlak olur. Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.

Azərbaycanın vətənpərvər oğlu Mübariz İbrahimov İkinci Fəxri xiyabanda dəfn olunub.

 

Modern.az Milli Qəhrəman Mübariz İbrahimov haqqında videonu təqdim edir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi