Modern.az

Deputat maştağalılar adından Prezidentə və Birinci Vitse-Prezidentə təşəkkür etdi

Deputat maştağalılar adından Prezidentə və Birinci Vitse-Prezidentə təşəkkür etdi

18 İyun 2020, 18:25

Bu gün 28 saylı Sabunçu üçüncü seçki dairəsdən Milli Məclisin deputatı Eldar Quliyev bir qrup Maştağa gəncini qəbul edib.

Modern.az xəbər verir ki, deputat gənclərlə onların asudə vaxtlarının daha səmərəli keçirilməsi məsələsini müzakirə edib.

 

E. Quliyev Modern.az saytına açıqlamasında qeyd edib ki, bu gün ölkədə gənclər daha çox təhsil və idman sahəsinə maraq göstərir: “Qeyd etdiyim bu sahələrlə bağlı dövlətimiz gənclərimizə hər cür şərait yaradır.

Dünya standartlarına cavab verən təhsilimizin mövcudluğu dünyayla ayaqlaşmağımız deməkdir.

Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan gənclərinin səsi oradan gəlməsin. Dünyanın elə bir universiteti yoxdur ki, orada azərbaycanlı tələbə olmasın.

İdman sahəsində də dünya çapında gənclərimizin uğuru böyükdür. Beynəlxalq idman tədbirlərində Azərbaycan bayrağının dalğalanması dövlətimizin idmana olan qayğısının nəticəsidir”.

 

Deputat sağlamlıq baxımından idmanın vacibliyini vurğulayaraq, məhz Maştağa gənclərinin  də bəzi idman ləvazimatları ilə təmin olunmalarını ondan xahiş etdiklərini söyləyib: “Biz müvafiq instansiyalara müraciət edəcəyik. Görüşdə bildirdim ki, Azərbaycan Prezidenti bütün məsələlərdə gənclərə birmənalı dəstək verir. Ona görə də qaldırdıqları məsələnin müsbət həll olunacağına onları əmin etdim”.

E.Quliyev eyni zamanda gənclərlə mədəniyyət sahəsi ilə bağlı da fikir mübadiləsi aparıb.

“Maştağada kinoteatr vardı. Otuz ilə yaxındır ki, o kinoteatr fəaliyyət göstərmir. Bildiyim qədər həmin kinoteatr kirayəyə verilib. Həm Baş nazirdən, həm də Mədəniyyət Nazirliyindən xahiş edəcəm ki, həmin kinoteatrın təmir edilməsi məsələsinə baxılsın, gənclərin ixtiyarına verilsin”.

 

Deputat Maştağa Mədəniyyət evinin təmirdən sonra bu yaxınlatrda açılışının diqqət çəklib və bu nəcib işə görə 80 mindən çox Maştağa sakinlərinin adından, öz adından Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürünü çatdırıb.

“Əminəm ki, Maştağa gənclərinin qaldırdıqları bütün məsələlər öz həllini tapacaq. Dövlətimiz üçün gənclərin asudə vaxtının səmərəli keçirilıməsi prioritet məsələdir. Çünki indiki gənclər Azərbaycanın gələcəyidirlər. Ona görə də Azərbaycan dövləti öz gələcəyinin təmin edilməsi üçün bütün mümkün addımları atır. Bunun bəhrəsini Bakı kəndləri də görür”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir