Modern.az

Azərbaycanda koronavirus xəstələrinin evdə müalicəsinə başlanılır - RƏSMİ

Azərbaycanda koronavirus xəstələrinin evdə müalicəsinə başlanılır - RƏSMİ

Ölkə

18 İyun 2020, 20:33

"Koronavirus xəstələrinin evdə müalicəsinin tətbiqinə qısa müddətdə başlayacağıq. Hətta ola bilər ki, bununla bağlı sabah məlumat açıqlansın".

Modern.az-ın məlumatına görə, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, artıq bütün hazırlıqlar görülüb:

"Bu heç bir simptomu olmayan və ya zəif olan xəstələrdir. Təbii ki, həmin şəxsləri poliklinika müşahidə altına alacaq. Dünyada hətta orta ağır xəstələr də evdə müalicə olunur. Biz orta ağır və üzəri bütün risk qrupu olan, 45 yaşdan yuxarı şəxsləri xəstəxanaya gətirəcəyik. 45 yaşdan aşağı simptomu zəif olan xəstələr evdə müalicə olunacaq. Poliklinikalarda xüsusi elektron xidmət tətbiq olunacaq. Poliklinikalar gündə 2 dəfə müxtəlif vaxtlarda zəng edəcək, alqoritmlərə uyğun suallar ünvanlayacaqlar. Həmin suallara verilən cavablara əsasən qrafiklər üzərində xəstələrin xəstəliyinin gedişatı barədə məlumatımız olacaq. İki həftə müddətində onlar simptomsuz şəkildə olsalar, müalicələrini evdə davam etdirəcəklər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi