Modern.az

“İlham Əliyev Paşinyanı faktla yerində oturtdu” 

“İlham Əliyev Paşinyanı faktla yerində oturtdu” 

Aktual

19 İyun 2020, 11:19

Ötən gün Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirildi. Sammit iştirakçıları arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan da yer alırdı.

Videokonfransın gedişatında prezident İlham Əliyevin çıxışı zamanı Paşinyan müdaxilə edərək, Azərbaycanı Ramil Səfərovu cinayətkər olmasına rəğmən ekstradisiya edərək qəhrəman kimi vəsf edilməsini mənfi arqument kimi qarşıya qoydu. İlham Əliyev isə öz növbəsində lazımı cavabı verərək həmişəki kimi düşmən tərəfi susdurmağı bacara bildi.

 

Videokonfrans barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun Modern.az-a olan şərhini təqdim edirik:

 

“Ermənilər bu dəfə də sübut etdilər ki, onların Ramil Səfərovdan əl çəkmək kimi fikirləri yoxdur. Amma İlham Əliyev də haqlı olaraq fakt ortaya qoydu ki, vaxtı ilə Fransada terror törədən və xeyli sayda insanın ölümünə səbəb olan şəxsi Ermənistana gətirərək ona qəhrəman adı vermişdilər. Yaxud da ki, Yaxın Şərqdəki erməni terrorçularını Dağlıq Qarabağa gətirib yığmaqları heç bir çərçivəyə sığmır. Ramil Səfərovu misal gətirməklə Paşinyan özünə haqq qazandıracağını düşünsə də, layiqli faktla Prezident İlham Əliyev onu yerində oturda bildi.

Paşinyan dünən də konfransda bildirdi ki, guya Azərbaycana qarşı güzəştə gedir, Qarabağ məsələsi Ermənistan və Azərbaycanın maraqlarına uyğun olmalıdır, amma Azərbaycan bunu qəbul etmir. Bunu deyən adam Şuşada andiçmə mərasimini keçirir, işğal olunmuş ərazilərdə əhalisini məskunlaşdırır. Yəni Paşinyan bu tip görüşlərdə özü də bilmədən davamlı səhvlər buraxır və susdurulur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!