Modern.az

Avtomobildə “dərman qutuları” ilə bağlı dəyişiklik

Avtomobildə “dərman qutuları” ilə bağlı dəyişiklik

Aktual

19 İyun 2020, 12:55

İnzibati Xətalar Məcəlləsinə və “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilir.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan qanun layihələrinə əsasən, hər iki qanuna müvafiq ifadələr “ilk tibbi yardım qutusu” ilə əvəz edilir. İnzibati Xətalar Məcəlləsinin 356-cı maddəsinin 356.1-ci bəndində “dərman qutuları” sözləri “ilk tibbi yardım qutusu” sözləri ilə əvəz olunur.

“Yol hərəkəti haqqında” qanunun isə 20 maddəsinin IV hissəsində “xüsusi dərman qutularının” sözləri “ilk tibbi yardım qutusu” sözü ilə əvəzlənir.

 

Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı