Modern.az

Avropa Birliyi Türkiyəyə 6 milyard avro ödəməlidir

Avropa Birliyi Türkiyəyə 6 milyard avro ödəməlidir

19 İyun 2020, 16:20

Türkiyə, Polşa, Macarıstan, Çex Respublikası və Slovakiya tərəfindən qurulan Visegrad Qrupu ölkələrinin  xarici işlər nazirləri arasında video konfrans təşkil edilib.

 

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstanın Xarici işlər naziri Peter Szijjarto videokonfransda əsas məqsədin Avropa Birliyi və Türkiyə arasınsa strateji əlaqələri gücləndirməkdən ibarət olduğunu qeyd edib.

Nazir onu da əlavə edib ki, pandemiya dönəmində Türkiyədən ölkəsinə tibbi qoruyucu vasitələrin gətirilməsində heç bir problem yaşanmayıb.

“Mərkəzi Avropa  köçkünlərin axınına məruz qalacaq”-deyə bildirən macar nümayəndəsi Türkiyənin miqrantlara sahib çıxmalı olduğunu deyərək Avropa Birliyini bunun üçün lazım olan maddiyatı ayırmağa dəvət edib:

“Əgər Türkiyə qaçqınların qarşısını ala bilməzsə, Mərkəzi Avropa miqrant axınına məruz qalacaq. Həmin miqrantlara sahib çıxmaq üçün Avropa Birliyi ödəməli olduğu 6 milyard avronu tez bir zamanda Türkiyəyə təhvil verməlidir. Əgər köçkünlər Türkiyə Yunanıstan sərhədini keçə bilsə onlar tezliklə Macarıstanın cənubuna gəlib çıxacaq”, deyə nazir qeyd edib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi