Modern.az

Paşinyan SİYASİ TƏCRİDDƏ: Birləşmiş müxalifət, Koçaryanın azadlığı, prezidentlə konflikt

Paşinyan SİYASİ TƏCRİDDƏ: Birləşmiş müxalifət, Koçaryanın azadlığı, prezidentlə konflikt

Analitika

19 İyun 2020, 16:52

Ermənistan baş naziri Nikol Paşinyan son günlər ciddi diplomatik uğursuzluqlarla üzləşir.

Modern.az xəbər verir ki, ötən gün “Şərq Tərəfdaşlığı” sammitində 27 Avropa ölkəsinin hökumət rəhəbrinin də qatıldığı videokonfransda Nikol Paşinyan Azərbaycanı “irqçi siyasət” yürütməkdə ittiham etməsi barədə replikasına sərt cavab aldı.


İlham Əliyev Ermənistan rəhbərinə Parisin Orli hava limanında törədilən terror aktının Karapetyan soyadlı təşkilatçısının Ermənistan ekstradisiyası və əfv olunması barədə hadisəni xatırlatdı.

“Buna görə də mən ona (Paşinyana) belə məsələlərin müzakirəsi zamanı sakit oturmağı məsləhət görərdim”-deyə cavab verdi. Avropa dövlət başçıları və daxili auditoriya qarşısında sərt cavabdan sonra sərt durumda qalan Paşinyan ciddi heç bir əks-arqument göstərə bilmədi.

 

18 iyun günü tək xarici siyasətdə deyil, ölkədaxilində də Paşinyan  üçün uğursuzluqla nəticələndi. Yerevan Appelyasiya Məhkəməsinin “Qarabağ klanı”nın rəhbəri, sabiq prezident Robert Koçaryanı azadlığa buraxması barədə qərarı Nikol Paşinyan komandası üçün şok effekti yaratdı. Məhkəmə Koçaryanı 4 milyon dollar girov qarşılığında sərbəst buraxdı.

2018-ci ilin iyulunda Koçaryanın ilk həbsindən başlayan proses 2 ilə yaxın davam etsə də, Nikol Paşinyan hələ də “Qarabağ klanı”nın liderini həbs etdirə bilmir.

2008-ci il martın 1-də Paşinyanın da aktiv iştirak etdiyi kütləvi iğtişaşlar zamanı 10 nəfərin ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnən hadisələrin günahkarlarını üzə çıxarmaq Nikol Paşinyan iqtidarının əsas şüarlarından biri idi.

 

Bu vədini də yerinə yetirə bilməyən baş nazir ölkə daxilində ciddi siyasi müxalifət bloku ilə üzbəüz qalır. Robert Koçaryanın başçılıq etdiyi “Qarabağ klanı”, eks-prezident Serj Sarkisyanın başçılıq etdiyi Respublika Partiyası, eks-Milli Təhlükəsizlik Xidməti direktoru Artur Vanetsyanın “Vətən” partiyası, millətçi “Daşnaksütyun” partiyası birləşib. Bu kifayət qədər ciddi bloka “Çiçəklənən Ermənistan” partiyasının qoşulması Nikol Paşinyanın vəziyyətini daha da ağırlaşdırıb.

Belə ki, ölkənin ən zəngin insanlarından sayılan və kasıblara yardım etməklə elektoratını daim artıran sədr Qaqik Tsarukyana qarşı seçicilərə pul paylanması və çoxsaylı müəssisələrindən vergi ödənişinin yayınması ittihamları ciddi təsir etmədi. Əksinə, bu partiyanın da tezliklə, müxlaifət blokunun sıralarına qoşulacağını söyləmək olar.

 

Koronavirus pandemiyasının dəhşətli miqyas aldığı Ermənistanda iqtisadi fəallığını azalması, işsizliyin artması, əmək haqları və maaşların verilməsində problem yarandığı şəraitdə Nikol Paşinyan iqtisadı yalnız “Vətəndaş müqaviləsi” partiyası və ona qoşulan kiçik partiyaların yaratdığı “Mənim addımım” blokundan ibartədir. İslahatlar və inkişaf gözləntisində olan erməni ictimaiyyətinini Paşinyana göstərdiyi etimad isə sürətlə azalmağa doğru gedir. Hazırda iqtidarın reytinqi pandemiya, siyasi repressiyalar fonunda ciddi geriləmə göstərib.

 

Paşinyan iqtidarının aldığı sonuncu zərbə isə Konstitusiya Məhkəməsinin Paşinyan iqtidarının parlament vasitəsilə qəbul etdiyi “Bank sirri haqqında” qanunun ölkə konstitusiyasına zidd olmasını əsas gətirərək ləğv etməsi oldu. Qanun layihəsindəın narazı qalan prezident Armen Sarkisyan qərarın incələnməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan isə Paşinyanın hər cür təzyiqülərinə baxmayaraq, istefa vermədiyi üçün Paşinyanın şəxsi düşməninə çevrilib.

Son vaxtlar sürətlənən siyasi proseslər pandemiya fonunda Nikol Paşinyan iqtidarının gələcəyini şübhə altında qoyur.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir