Modern.az

Xalq artisləri prezidentə məktub yazıblar

Xalq artisləri prezidentə məktub yazıblar

22 May 2012, 15:09

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna  may ayının 1-dən bu günə kimi 17 məktub daxil olub. Ölkə başçısının ünvanına göndərilən məktubların böyük əksəriyyətində müxtəlif məsələlərlə bağlı İlham Əliyevə təşəkkür edilib.

Modern.az saytı xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında bildirilib.
May ayında ölkə başçısına tanınmış incəsənət xadimləri də məktub yazıblar.
Xalq artistləri İlham Namiq Kamal, Zemfira Nərimanova, Firəngiz Mütəllimova bu sıradandırlar. Eyni zamanda zəlzəzlə zamanı zərər çəkənlər, II dünya müharibəsinin iştrakçıları da Prezidentə təşşəkkür məktubları göndəriblər.
Xalq artisti İlham Namiq Kamal yazır: “Hörmətli cənab Prezident!
Sərəncamınıza əsasən “Prezidentin fərdi təqaüdçüsü” olmağımla qürur duyur və ilk növbədə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm.
Cənab Prezident, Azərbaycanda gerçəkləşən güclü sosial-iqtisadi inkişaf onu Qafqazın lider dövlətinə çevirmişdir.
Beynəlxalq inteqrasiya, daxili sabitlik, uğurlu xarici siyasət Sizin idarəçiliyinizi səciyyələndirən cəhətlərdir. Bütün bunlarla bərabər qədim köklərə malik ədəbiyyatımızın, teatrımızın və mədəniyyətimizin inkişafı, təşəkkülü də hər zaman Sizin diqqət mərkəzinizdə olmuşdur. Sənət adamlarına göstərdiyiniz qayğı bizi ruhlandırır, yeni yaradıcılıq uğurları qazanmağa sövq edir. Bir daha Sizə minnətdarıq! Hər zaman Sizinləyik!
Xalq Artisti İlham Namiq Kamal,
Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin kafedra müdiri”.
Xalq artistləri Zemfira Nərimanova və Firəngiz Mütəllimovanın prezidentə ünvanladıqları məktubda qeyd edilib: “Möhtərəm cənab Prezident,
Bizə - sənət adamlarına göstərdiyiniz daimi diqqət və qayğıya görə sizə dərin minnətdarlığımızı bildiririk. Sizə və ailənizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq.
Azərbaycanın parlaq gələcəyi naminə çəkdiyiniz bütün əziyyətlərin bəhrəsini görəsiniz”. Mali Ağaxanov
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir