Modern.az

“Hökumət qəsdən karantin rejimi tətbiq edib, ziyanı gözə almaz” - İqtisadçı

“Hökumət qəsdən karantin rejimi tətbiq edib, ziyanı gözə almaz” - İqtisadçı

Aktual

20 İyun 2020, 10:27

Ölkədə koronavirusun yayıldığı vaxtdan etibarən bu xəstəliyə inanmayan bir toplum var. Hətta yoluxma sayı pik vəziyyətdə olsa belə, virusun bütün dünyada birbaşa dövlət tərəfindən şişirdildiyi və karantin rejiminin də məqsədli şəkildə tətbiq edildiyini deyənlər az deyil.

 

Lakin ortada bir gerçəklik var ki, karantin tətbiq ediləndə müəssisələrin əksəriyyəti işləmir, iqtisadiyyat zəifləyir. Ümumdünya ölkələrinin iqtisadiyyatında faiz göstəricilərinə baxsaq geriləmənin şahidi olarıq.

Uzunmüddətli karantin rejiminin fəsadları və əslində bu rejimin dövlətə müsbət deyil, mənfi təsirləri barədə iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a danışıb:

 

“Karantinin elan olunması dövlət büdcəsinə böyük ziyan vurur. Dövlətin iqtisadi çarxları dönmür, ümumdaxili məhsul azalır. Bundan əlavə işsizlik artır ki, bununla da Sosial Müdafiə Fonduna ödənişlər azalır. Heç bir dövlət bu ziyanı səbəb olmadan qəbul etməz. Bundan başqa işsizlərə yardım ayrılması da əlavə büdcə yükü tələb edir və dövlət büdcəsinə vergilər şəklində daxilolmalar kifayət qədər azalır. İstənilən hökumət qəsdən bu rejimi tətbiq edib, ziyanı gözə almaz. Demək ki, karantinin elan olunmasına ciddi tələbat var.

Karantin virusa qalib gəlmək üçün vasitə deyil, bu sadəcə virudun yayılmasının qarşısını almaq üçün olan üsuldur. Dövlət də zaman kəsimindən istifadə edib səhiyyə sistemində olan bəzi nöqsanları düzəltməli və səhiyyəni daha işlək vəziyyətə gətirməlidir. Vətəndaşlardan isə əslində çox az şey tələb olunur. Əgər hazırkı qaydalara əməl etsələr həm onlar, həm dövlət mövcud vəziyyətdən daha az itki ilə çıxa bilər”.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?