Modern.az

“Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə içində olur”

“Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə içində olur”

20 İyun 2020, 12:09

Son həftələrdə baş verən yoluxmalar əsasən, ailə içində olur, yəni nənə-bala, və s. arasında yoluxma baş verir.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva qeyd edib ki, keçən həftə qısamüddətli qapanma olsa da, yoluxmanın çox olduğu narcıncı zonada yaşayan insanlar yoluxmanın az olduğu rayonlara üz tutublar:

“Bizə çox deyilir ki, qapanmalar etdiniz, amma bir nəticə görmədiniz. Bu gün hər kəs başa düşməlidir ki, həmrəylik nümayiş etdirməliyik. Əgər bu gün mən COVİD-19-a yoluxmuş şəxsi görsəydim, deyərdim ki, onu izolyasiya edək. Təəssüf ki, bu, mümkün deyil. Keçən həftə “qapanmaya gedək” dedik, amma onu gördük ki, yoluxmanın çox olduğu narıncı zonadakılar yoluxmanın az olduğu rayonlara getdilər. Oradan bizə müraciət etdilər ki, burada da vəziyyət pisləşəcək. Bunu bizə sadə vətəndaşlar deyirdilər”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı