Azərbaycan vətəndaşı, 17 yaşlı Timur Qavrilovu qətlə yetirən şəxsin kimliyi məlum olub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi 17 yaşlı gənci qətlə yetirənin 1998-ci il təvəllüdlü Vitali Vasilyev olduğunu açıqlayıb.
Volqoqradın Sovet rayonundan olan Vasiley federal axtarışa verilib. Onun fotosu bütün polis idarələrinə göndərilib.
Xatırladaq ki, Volqorad Tibb Universitetinin 1-ci kurs tələbəsi 17 yaşlı Timur Qavrilov iyunun 12-si gecə saatlarında küçədə qətlə yetirilib. Ona azı 20 bıçaq zərbəsi vurulmuşdu.