Modern.az

Avropa ölkələri ilə Azərbaycanın müqayisəli KORONAVİRUS STATİSTİKASI

Avropa ölkələri ilə Azərbaycanın müqayisəli KORONAVİRUS STATİSTİKASI

20 İyun 2020, 15:40

İndiyədək Azərbaycanda 11767 nəfər koronavirusa yoluxub, onlardan 143-ü dünyasını dəyişib. Virusa yoluxanlardan 6325 nəfər sağalıb və hazırda ölkədə 5299 aktiv koronavirus xəstəsi var.

10 milyondan çox əhalisi olan bir ölkə üçün bu rəqəmlər qorxuducu gələ bilər, amma apardığımız kiçik araşdırmaya əsasən məlum oldu ki, əhali sayı baxımından Azərbaycanla eyni vəziyyətdə olan ölkələrdə virusa yoluxanların və bu səbəblə dünyasını dəyişənlərin sayı bizə nisbətdə xeyli çoxdur.

 

Modern.az demoqrafik göstəricisi Azərbaycana yaxın olan ölkələrdə COVİD-19-a yoluxma və ölüm hallarının siyahısını təqdim edir:

 

Macarıstan- 9 milyondan çox əhalisi olan bu ölkədə indiyədək koronavirusa yoluxanların sayı 4086 nəfər olsa da pandemiya səbəbi ilə dünyasını dəyişənlərin sayı 570-dir.

 

İsveçrə- Əhalisi Azərbaycandan 2 milyona yaxın az olsa da İsveçrədə yoluxma sayı pik nöqtədədir deyə bilərik. Belə ki, 8 milyondan çox əhaliyə sahib olan ölkədə indiyədək 31235 nəfər koronavirusa yoluxub və onlardan 1956 nəfəri vəfat edib.

 

İsveç- Bu ölkənin əhalisi təqribi elə bizim qədərdir, yəni 10 milyon 338 min 368 nəfər. Amma pandemiyanın fəsadları İsveçlə bizim aramızda kəskin şəkildə fərqlənir, deyə bilərik. Belə ki, İsveçdə bu zamanadək 56043 nəfər koronavirusa yoluxub və onlardan 5053 nəfəri dünyasını dəyişib.

İsrail- 8 milyondan bir qədər çox insanın yaşadığı İsraildə isə yoluxma sayı Azərbaycana nisbətdə xeyli çoxdur. Belə ki, indiyədək İsraildə 20339 nəfər koronavirusa yoluxub və onlardan 3011 nəfər dünyasını dəyişib.

 

Çexiya- 10 milyondan çox əhaliyə sahib olan Şərqi Avropa ölkəsində də virusa yoluxma halı təxminən bizim ölkədəki kimidir. Belə ki, Çexiyada indiyədək 10406 nəfər koronavirusa yoluxub. Yoluxma sayı yaxın olsa da ölkələrimiz COVİD-19 qurbanlarının sayına görə bir-birindən fərqlənir. Belə ki, Çexiyada pandemiya səbəbi ilə indiyədək 335 nəfər dünyasını dəyişib ki, bu da Azərbaycanda olan itkidən təqribən 2 dəfədən də çoxdur.

 

Portuqaliya- Azərbaycanla eyni əhali sayına sahib olan ölkədə indiyədək 38464 nəfər koronavirusa yoluxub. Portuqaliyada COVİD-19 səbəbi ilə ölənlərin sayı isə bizdən təxminən 10 dəfədən çoxdur və 1527 nəfəri əhatə edir.

Avstriya- 8 milyondan çox əhaliyə sahib olan ölkədə virusa yoluxanları sayı Azərbaycana nisbətdə xeyli çoxdur. Belə ki, indiyədək Avstriyada 17271 nəfər koronavirusa yoluxub və onlardan 668 nəfər dünyasını dəyişib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?