Modern.az

“Yüz il inqilab” romanı işıq üzü görüb

“Yüz il inqilab” romanı işıq üzü görüb

22 May 2012, 17:12

“Qanun” nəşriyyatında  “Ən yeni ədəbiyyat” seriyasından yeni bir roman işıq üzü görüb. Bu,  Azərbaycan Yazıçılar Birliyinin Cənub şöbəsinin müdiri Sayman Aruzun “Yüz il inqilab” romanıdır. Roman Güney Azərbaycanın indiki durumunun bir güzgüsüdür. Burada cəmiyyətin həyat tərzi, ictimai-siyasi və dini problemləri əks olunub.

Romanın əsas obrazı olan Seyid uşaqlıq sevgilisi Raziyə ilə zindanda üz-üzə gəlir. Raziyə Güney Azərbaycan milli azadlığı uğrunda döyüşənlərdən biridir. Seyid məmur olduğu üçün Raziyəyə işgəncə verilməsini də məhz ona tapşırırlar. O, Raziyəni gördükdə ürəyindəki uşaqlıq sevgisi yenidən alovlanmağa başlayır və teokratiyanın yalanlarından bərkimiş ürəyi sevginin qarşısında yumşalır. Seyid teokratiyanın qaydalarına tabe olmur, rejimin tələblərinə əməl etmir. O, ürəyinin hökmünə qulaq asır. Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan insanların yanında olmağa qərar verir.
Romanı haqqında Sayman Aruz Modern.az saytına çox iddialı fikirlər söyləyib.
“Yüz il inqilab” romanım geniş səs-küyə və böyük bir uğura nail olacaq. Romanı oxuyan həmkarlarımda çox müsbət fikirlərini səsləndirirlər. Bu romanda daha çox cənublu soydaşlarımızın psixoloji durumunu da nəzərə almışam və yeri gəldikcə göstərmişəm. Mən arzu edirəm ki, bir gün bütün cəlladlar oyansınlar ki, millətin qarşısında deyil, kənarında dayansınlar”.
Könül Səid

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir