Modern.az

Oqtay Gülalıyevin həbsi ilə bağlı müzakirə olub

Oqtay Gülalıyevin həbsi ilə bağlı müzakirə olub

Aktual

22 May 2012, 17:48

Mayın 22-də “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndəsi, “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevin Milli QHT Forumunun ofisində MQF-nin prezidenti Rauf Zeyni və MQF-nin hüquq departamentinin rəhbəri Mehman Muradlı ilə görüşü keçirilib.

Görüş zamanı aprel ayının 8-də Sabirabad rayonunun Minbaşı kəndində baş verən hadisə ilə əlaqədar müfəssəl məlumat verən Mehman Əliyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Güləliyevin heç bir əlaqəsinin olmadığını nəzərə çatdırıb. O, Oqtay Güləliyevin həbsi ilə əlaqədar olaraq bir neçə beynəlxalq təşkilatın bəyanat verdiyini vurğulayıb və bununla əlaqədar bir neçə görüşlər keçirdiyini bildirib.

MQF-nin prezidenti Rauf Zeyni Oqtay Güləliyevin həbsi ilə əlaqədar MQF-yə müraciətin daxil olduğunu qeyd edib. Rauf Zeyni bildirib ki, müraciətə baxılıb və həbsi ilə əlaqədar qəbul olunmuş həbs-qəti imkan tədbirinin ləğv olunması istiqamətində MQF-nin hüquq departamentinə müvafiq işlərin görülməsinə dair göstərişlər verilib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?