Modern.az

“ASAN Xidmət”dən işçilərinin koronavirusa yoluxma xəbərinə REAKSİYA

“ASAN Xidmət”dən işçilərinin koronavirusa yoluxma xəbərinə REAKSİYA

Aktual

21 İyun 2020, 11:50

"“ASAN Xidmət" əməkdaşları arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət")  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:

 

“Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində koronavirus aşkarlanan əməkdaşımız yoxdur”.

 

Qeyd edək ki, respublikanın paytaxtı, o cümlədən digər şəhər və rayonlarda agentliyin strukturuna daxil olan ümumilikdə 19 "ASAN Xidmət" mərkəzi, 2 "ASAN Kommunal" mərkəzi fəaliyyət göstərir.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır