Modern.az

Dünyada ən nazik günəş paneli yaradıldı

Dünyada ən nazik günəş paneli yaradıldı

21 İyun 2020, 16:58

Koreya alimləri dünyada ən nazik fotoelement yaratmağa müvəffəq olublar.

 

Modern.az "SKY"a istinadla xəbər verir ki, alimlər yeni həllin ictimai nümayişi zamanı günəş panelini asanlıqla karandaşın ətrafında büküblər. Belə elastiklik və möhkəmlik bu texnologiyadan tamamilə yeni sahələrdə istifadəyə imkan verəcək.

 

"Yeni fotoelementlərin qalınlığını 1 mikrometr (bu, adi günəş paneli ilə müqayisədə 100 dəfə nazikdir) təşkil edir.

 

Yeni texnologiyanın əsas özəlliyi ondan ibarətdir ki, indi onu 2,8 millimetr diametrli əşyanın ətrafında bükmək olar. Həmçinin yeni fotoelementlər gələcəyin cihazlarında tətbiq ediləcək.

 

Bununla belə, Koreya alimlərinin texnologiyası kütləvi istifadəyə çıxarılmamışdan öncə hələ müxtəlif sınaqlardan keçməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi