Modern.az

Azərbaycanda 165 koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb

Azərbaycanda 165 koronavirus xəstəsinin vəziyyəti ağırlaşıb

Ölkə

21 İyun 2020, 23:11

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 4 947 nəfər test edilib. TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 422 049 nəfər koronavirusa qarşı test edilib.

Ölkədə 491 yeni yoluxma, 6 ölüm qeydə alınıb.

 

Qeyd edək ki, indiyədək ölkəmizdə 12 729  nəfər virusa yoluxub, 154 nəfər  ölüb, 6 799  nəfər isə sağalıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 5 776  nəfərdir.

 

Məlumata görə, hazırda reanimasiyada 165 nəfər müalicə alır, 37 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu